433
Dünya 18 fevral — 18:10

Gürcüstandan Rusiyaya gedən yeganə yol yenidən bağlandı

Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil yolu – Mtsxeta-Stepantsminda-Lars avtomagistralı fevralın 18-də yenidən bağlanıb.

Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfratruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Məlumatda deyilir ki, fevralın 18-də havaların gözlənilmədən istiləşməsi dağlarda qarın sürətlə əriməsinə səbəb olub. Nəticədə mavtomagistralın Qudauri-Kobi hissəsində qar uçqunu və torpaq sürüşməsi təhlükəsi artıb.

Departament vətəndaşların təhlükəsizliyi baxımından magistralın həmin hissəsində bütün növ nəqliyyat vasitələrinin hərəkətini qadağan edib.

AzərTAc xatırladır ki, bu yol Gürcüstandan Rusiyaya gedən yeganə quru yoldur.

Hazırda magistralda 300-dək avtomobil dayanıb.

Xəbərlər