561
Dünya 18 fevral — 01:14

Çində koronavirusun müalicə edildiyi xəstəxananın baş həkimi də öldü

Çinin Uxan şəhərinin müvəqqəti xəstəxanalarından birinin baş həkimi koronavirusdan ölüb.

Bu barədə yerli “Jenmin Jibao” qəzeti məlumat yayıb.

«COVID19-a yoluxmuş Uhan xəstəxanasının direktoru Lyu Çjimin fevralın 17-də ölüb. O, koronavirusan ölən ilk tibb müəssisəsi rəhbəridirir”, - nəşr yazıb.

“Report” xatırladır ki, Çinin hakimiyyət orqanları Ümumdünya Səhiyyə Təşkilatını 2019-cu il dekabrın 31-də ölkədə yeni virusun yayılması barədə məlumatlandırıb. Mütəxəssislər bunun 2019-nCoV koronavirus olduğunu müəyyənləşdiriblər.

Çində virusa yoluxanların sayı 70,5 min nəfəri ötüb. Ölkədə 1772 nəfər virusdan vəfat edib. Daha 10,8 min nəfər müalicə edilərək sağalıb. Çindən kənarda bu virusa yoluxanların sayı 700 nəfərdən çoxdur.

Xəbərlər