363
Dünya 17 fevral — 23:14

Avropa İttifaqı Suriyaya qarşı sanksiyalarını genişləndirdi

Avropa İttifaqı (Aİ) Suriyaya qarşı sanksiya siyahısına daha 8 şəxsi və 2 şirkəti salıb.

Virtualaz.org bildirir ki, bununla bağlı Aİ Şurası bu gün açıqlama yayıb.

“Bu gün Şura Suriya rejiminə və onun tərəfdarlarına qarşı sanksiyaların şamil olunduğu şəxslərin və təşkilatların siyahısına 8 tanınmış iş adamının və onlara bağlı olan 2 təşkilatın adlarını əlavə edib”, - deyə məlumatda qeyd olunub.

Beləliklə, Aİ-nin mal varlığını dondurduğu və səyahət qadağası qoyduğu suriyalıların sayı 277-yə, şirkətlərin sayı isə 71-ə çatıb.

Xəbərlər