551
Dünya 17 fevral — 21:50

Rusiya ordusunun hərbi qulluqçuları müqavilə əsasında xidmət edəcəklər

Rusiya Silahlı Qüvvələri bir müddətdən sonra tamamilə müqavilə əsasında xidmət edən hərbçilərdən ibarət olacaq.

Virtuaıaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə Rusiya Federasiya Şurası Müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Bondaryev məlumat verib.

O deyib ki, Rusiyada həqiqi hərbi xidmətə ildə iki dəfə keçirilən çağırış zamanı 150 min əsgər xidmətə cəlb olunur. Hazırda hərbi xidmət keçən əsgərlər gələcəkdə mobil ehtiyat qüvvələrini təşkil edəcəklər.

Senator qeyd edib ki, bu gün cəmiyyətdə orduda qulluq etməyə maraq yüksəkdir. Bu, 2017-ci ildə qəbil edilmiş və hərbi qulluq keçməyən şəxslərə 10 il dövlət və bələdiyyə qulluğunda işləməyi qadağan edən qanunla bağlıdır.

V.Bondaryevin sözlərinə görə, indi Rusiya ordusunda təxminən 400 min hərbçi müqavilə əsasında xidmət edir.

Xəbərlər