482
Dünya 17 fevral — 19:55

Moskvada kilsəyə bıçaqla hücum edildi: Yaralılar var

Moskva şəhərində yerləşən kilsələrdən birində baş verən bıçaqlanma hadisəsinin görüntüləri yayımlanıb.

Virtualaz.org rus KİV-lərinə istinadən bildirir ki, bıçaqla silahlanan gənc ibadət vaxtı kilsəyə daxil olub iki kilsə xidmətçisini yaralayıb. Xəsarət alan şəxslər dərhal xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən 26 yaşlı Yefim Yefimovu saxlayıb. Cinayətin hansı səbəbdən törədildiyi araşdırılır.

Xəbərlər