466
Dünya 17 fevral — 18:31

Pakistanda güclü partlayış

Pakistanın Bəlucistan əyalətinin Ketta şəhərində tədbir zamanı partlayış baş verib.

Bu barədə “HaberGlobal” xəbər yayıb.

Bildirilir ki, hadisə nəticəsində azı 8 nəfər həlak olub, 12 nəfər yaralanıb. Binalara və yaxınlıqdakı avtomobillərə də zərər dəyib. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Partlayışa görə hələ ki heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib.

Xəbərlər