675
Dünya 17 fevral — 16:20

Çində koronavirusa yoluxduğunu gizlədənləri güllələyəcəklər

Çində “COVID-19” koronavirusunun tüğyan etməsi ilə bağlı 21 yeni cinayət növü müəyyən edilib və onların arasında ölüm cəzası da var.

Virtualaz.org-un xəbərinə görə, Pekində ikinci orta səviyyəli xalq məhkəməsi izah edib ki, ölüm saçan virusa yoluxanların müalicədən və karantindən imtina edərək, yaxud karantin rejimini özbaşına pozaraq, ictimai yerlərdən və ya nəqliyyat vasitələrindən istifadə etmələri digər sakinləri xəstəliklə və ölümlə təhdid etmələri deməkdir.

Koronavirusda şübhəli bilinən şəxslər də müalicədən imtina edən və karantin xəstəliyinin yayılmasına səbəb olanlarla eyni kateqoriyaya aiddir. Tibb işçilərinə qəsdən ziyan vuranlar, məsələn, həkimə tüpürənlər və ya qoruyucu geyimə zərər vuranlar ölüm cəzasına məhkum edilirlər.

Yeni qanuna görə insanın ölümünə və ya dövlətə, xüsusi mülkiyyətə ciddi ziyan vuran, ölümcül nəticələrə səbəb olan yoluxucu xəstəliklərin patogenlərinin qəsdən ötürülməsi ömürlük həbs və ya ölüm cəzası ilə cəzalandırılır. Ciddi nəticələr vermədən yoluxdurma isə 3 ildən 10 ilə qədər həbs müddətini təhdid edir.

Səlahiyyətlilər xəstəliyin yayılmasından şəxsi münasibətlər zəmnində istifadə etməyə çalışarlarsa, o cümlədən müəssisələrin məsul işçiləri isə saxta və ya yararsız dərman istehsalı və satılmasında iştrak edərlərsə onları da ölüm cəzası gözləyəcək. Koronavirusun simptomlarının gizlədilməsi, habelə Uhan və Hubei əyalətinə səfər faktlarını gizli saxlamaq ictimai təhlükəsizliyə qəsdən təhdid kimi qiymətləndirilə bilər və 3 il həbsdən ölüm cəzasına qədər nəticələnəcək.

"Hal-hazırda yeni növ koronavirusun yayılması ilə mübarizə çox vacib bir mərhələyə qədəm qoyub və bu kritik anda az sayda insan xəstəliklərini, simptomlarını gizlədir, səyahət tarixi, yerləşmə tarixi və yaxın əlaqə haqqında səhv məlumatlar verir. Bu hərəkətlər nəticəsində bir çox insan və hətta tibbi heyət yoluxub və karantində saxlanılır", - deyə “RİA Novosti” Pekin məhkəməsinə istinadən şərh edib.

Fevralın 15-də Çin Milli Səhiyyə Komissiyası öskürək, qızdırma və digər virus əlamətləri olan əhaliyə ölkə daxilində avtobuslarda, qatarlarda və təyyarələrdə səyahət etməyi qadağan edib. Bayram tətilindən sonra evə qayıdan bütün vətəndaşlar evdə və ya tibbi nəzarət altında 14 gün qalmalıdırlar.

Cənubi Koreya mediasının məlumatına görə, Şimali Koreyada “COVID-19” infeksiyası qeydə alınmasa da, KXDR artıq koronavirus karantininin pozulmasına görə edam cəzası tətbiq edir. “Dong-a Ilbo” qəzetinin yazdığına görə, Şimali Koreyanın satış nümayəndəsini Çindən qayıtdıqdan sonra karantin şərtlərini pozaraq ictimai hamama getdiyinə görə güllələyiblər. Hətta Çinə səfərini gizlədən KXDR Milli Təhlükəsizlik Agentliyinin yüksək vəzifəli şəxsinin fermaya sürgün edildiyi iddia olunur.

Pul üçün karantin…

Çin Xalq Bankı isə koronavirusun yayılması fonunda təxminən 600 milyard yuan (təxminən 85.8 milyard dollar) yeni əskinasları bazara buraxıb, istifadə olunanlar isə, 7 və 14 gün arasında dezinfeksiya olunub karantinə verilib.

Yanvar ayının sonunda təcili olaraq Uhana 4 milyard yuan yeni əskinas göndərilib. İnfeksiyanın yayılma riskini azaldan ən ağır epidemiya halları olan əyalətlər və bölgələr arasında pul axını dayandırılıb. Bunu da Çin Mərkəzi Bankı rəhbərinin müavini Fan Yifei keçirdiyi mətbuat konfransında açıqlayıb.

Nağd pul çıxarılması prosesi nəzarət və gigiyena tədbirlərinə tabedir. Ən çətin vəziyyətdə olan bölgələrdə əskinaslar ultrabənövşəyi və ya yüksək temperaturda dezinfeksiya edilməli və 14 gün ərzində bankda saxlanılmalı, sonra isə dövriyyəyə qaytarıla bilər. Vəziyyətin o qədər də kritik olmadığı ərazilərdə əskinaslar üçün karantin bir həftə ilə məhdudlaşır.

Xəstəxana və fermer bazarlarından bankın aldığı pullar xüsusi emal olunmalı və təcrid olunmalı, dezinfeksiya edildikdən sonra Çin Xalq Bankında qalır və ekstradisya edilmir.

ÜST epidemiyanın inkişafını proqnozlaşdırmaq öhdəliyini götürmür…

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adan Gebreisus Münhen Təhlükəsizlik Konfransı zamanı koronavirusun səbəb olduğu epidemiyanın gələcək inkişafının proqnozlaşdıra bilməyəcəyini söyləyib. O qeyd edib ki, hazırda əsas təhlükə "virus deyil, stiqmatizasiyadır" və "qəzəb dayandırılmalıdır", - deyə TASS şərh edib.

Yaponiyada bildirilib ki, ölkədə koronavirusa yoluxma üsullarını izləmək mümkün deyil. "Bundan əvvəl infeksiya yollarının göründüyü bir dövrdə idik. İndi bir sıra vəziyyətlərdə onları izləmək mümkün deyil. Vəziyyət dəyişib", - Yaponiyanın Səhiyyə, Əmək və Rifah naziri Katsunobu Kato deyib.

Ölkədə 338 nəfər yoluxub. Yeni infeksiyaların əksəriyyəti - 67-si Yokohama limanında karantində olan Diamond Princess kruiz gəmisində qeydə alınıb. Tokioda səkkiz yeni xəstə yanvar ayında təşkil edilən bir tədbirdə eyni taksi sürücüsü ndən istifadə etdikləri üçün yoluxublar. Ancaq bütün sərnişinləri izləmək mümkün deyil. Vakayama prefekturasında yoluxanların sayı da artıb: xəstəliyə yoluxan həkim həyat yoldaşını, həmkarını və iki xəstə daxil olmaqla dörd nəfəri yoluxdurub.

Hazırladı: G.Kərimova

Virtualaz.org

Xəbərlər