401
Dünya 17 fevral — 15:40

NATO Baş katibi: “Rusiya ilə açıq müzakirələr aparırıq”

NATO Rusiya ilə intensiv və açıq müzakirələr aparır.

Bunu təşkilatın baş katibi Yens Stoltenberq deyib.

Fransa Prezidenti Emmanuel Makronun Moskva ilə dialoqu gücləndirmək təklifi barədə suala cavab verən Stoltenberq deyib ki, NATO artıq Rusiya ilə institusional əsasda dialoq aparır.

"Biz dialoqu silah nəzarəti, risklərin azaldılması, şəffaflıq məsələsində və digər mövzularda aparırıq", - deyən Stoltenberq növbəti dəfə Rusiyanın orta və uzaq mənzilli raketlərin ləğvi haqqında müqaviləni pozduğunu bəyan edib.

Baş katib, həmçinin vurğulayıb ki, NATO ölkələri yekdil olmalı, bir səslə danışmalı və möhkəm olmalıdırlar.

Azvision.az xatırladır ki, fevralın 15-də Münhen Təhlükəsizlik konfransında çıxış edən Stoltenberq NATO-nun Rusiya ilə münasibətləri yaxşılaşdıracağına ümid etdiyini söyləyib. Öz növbəsində həmin gün konfransda iştirak edən Makron Parisin Moskva ilə münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı olduğunu bildirib.

Xəbərlər