521
Dünya 16 fevral — 18:56

Daha bir ölkədə koronavirusdan ölən oldu

Tayvanda koronavirusdan ilk ölüm hadisəsi baş verib.

Virtualaz.org xəbər verir ki, bu barədə adanın Mərkəzi İnformasiya Agentliyi məlumat yayıb.

Qeyd edilir ki, ölən 60 yaşlı şəxsdir. Lakin o son zamanlar nə Uxan şəhərinə, nə də Xubey əyalətinə gedib. O, habelə epidemiyanın tüğyan etdiyi regionlardan gələn insanlarla da ünsiyyətdə olmayıb.

Hazırda müvafiq orqanlar onun virusa hansı şəraitdə yoluxduğunu müəyyənləşdirirlər.

Xəbərlər