588
Dünya 16 fevral — 17:50

Ankarada 20 xristian qəbir təhqir edildi

Türkiyənin Ankara şəhərində yerləşən Ortaköy qəbiristanlığında vandallar 20 xristian qəbrini təhqir ediblər.

Virtualaz.org rus mətbuatına istinadən xəbər verir ki, cinayəti törədənlər 16-17 yaşlı yeniyetmələrdir. Onlar qəbiristanlığın qeyri-müsəlman hissəsindəki qəbirləri sındırıb. Bəzi plitələrin üzərinə rus soyadları olub.

Vandallar polis tərəfindən saxlanılıb. Cinayətkarlar vurduqları zərərin məbləğini mərhumların yaxınlarına ödəməli olacaq.

Xəbərlər