543
Dünya 14 fevral — 21:51

Rusiyada helikopter qəzası

Rusiyanın Yamalo-Nenets muxtar dairəsində Mi-8 helikopteri sərt eniş edib.

“RİA Novosti” xəbər verir ki, nəticədə helikopterdə olan 2 nəfər dünyasını dəyişib. Ölənlər pilot və uçuş mühəndisidir. Məlumata görə, göyərtədə 7 sərnişin, 3 heyət üzvü olub. Qəzadan xilas olanlar helikopteri özləri tərk ediblər.

Qəzaya qar fırtınasının səbəb olduğu bildirilir.

Xəbərlər