410
Dünya 14 fevral — 17:13

Ermənistanda hərbçiləri daşıyan maşın qəzaya düşdü

Ermənistanda hərbçilərin olduğu nəqliyyat vasitəsi qəzaya düşüb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə ötən gün baş verib. Belə ki, fevralın 13-də "Muratsan" hərbi hospitalından Sisiyana əsgər aparan avtomobil idarəetməni itirərək yolun kənarına aşıb.

Nəticədə avtomobildə olan 6 əsgər yaralanıb. Xəstəxanaya çatdırılan əsgərlərin üçünün vəziyyəti ağırdır. Qəzanın baş verməsinə yolların buz bağlaması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər