509
Dünya 14 fevral — 14:35

Baş nazir Karib adalarında kimin hesabına istirahət edib?

İşçi Partiyası İngiltərənin baş naziri Boris Consonun Yeni il tətilində istirahətinə pulun kim tərəfindən ödənilməsinə dair məlumatın açıqlanmasını tələb edib.

Virtualaz.org bildirir ki, bu barədə "Daily" Mail qəzeti məlumat yayıb.

Jurnalistlərin dediyinə görə, İngiltərə hökumətinin başçısı bəyannamədə Karib dənizində Mühafizəkarlar Partiyasının sponsoru Devid Rossun icazəsi ilə onun sahibi olduğu Mustik Villada istirahət etdiyini göstərib. Lakin sonradan baş nazirin nümayəndəsi iş adamının villaya sahib olmadığını və Consona orada qalmaq üçün pul vermədiyini, ancaq buna "töhfə verdiyini" bildirib.

Milyarderdən birbaşa cavab almaq mümükün olmayıb, ancaq müxalif Leyborist Partiyası baş nazirin istirahət etdiyi 15000 funt sterlinq (təxminən 20000 dollar) tətil borcunun kimə olduğunu öyrənmək niyyətindədir. Məlumata görə, rəsmi müxalifətin Kölgə kabinetinin sədri Con Trikett fevralın 13-də bildirib ki, əgər Conson həqiqəti söyləməkdən imtina edərsə, araşdırma aparılmasına ehtiyac olacaq.

Xəbərlər