431
Dünya 14 fevral — 12:43

Moskvada kişi əvvəl anasını, sonra nənə və babasını bıçaqladı

Moskvada üç nəfərə bıçaqla hücum edən şəxs tutulub.

“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən bildirilib.

Təxminən saat 06:40 radələrində Lenin prospektində üç nəfərin bıçaq yarası alması barədə məlumat daxil olub. Həkimlər zərərçəkənləri müayinə ediblər. Onların vəziyyəti barədə hələlik ətraflı məlumat verilməyib.

Hüquq-mühafizə orqanlarındakı mənbə isə tutulan şəxsin anasını, nənəsini və babasını bıçaqladığını deyib. Hazırda araşdırma davam edir.

Xəbərlər