495
Dünya 13 fevral — 22:53

Conson Britaniya hökumətinin tərkibində dəyişikliklər etdi

Böyük Britaniyanın Baş Naziri Boris Conson ölkənin Nazirlər Kabinetinin tərkibində dəyişikliklər edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri Ester Makvey, Ətraf Mühit katibi Tereza Vilers, Biznes, Enerji və Sənaye Strategiyası üzrə dövlət katibi Andrea Lidsom və Şimali İrlandiya üzrə katib Culian Smit tutduqları vəzifələrdən azad ediliblər.

Baş Prokuror Cefri Koks və Maliyyə Kansleri Səcid Cavid isə özləri istefa veriblər.

Bundan başqa, Rişi Sunak Maliyyə Kansleri, Liz Tras isə Beynəlxalq Ticarət Katibi və Ailə, Qadın və Uşaq Problemləri üzrə nazir təyin ediliblər. Nazirlər Kabineti Aparatının baş direktoru isə ölkənin yeni Mədəniyyət naziri olacaq.

Xəbərlər