424
Dünya 13 fevral — 20:46

Əfqanıstanda qar uçqunu

Əfqanıstanın Daykundi kəndində qar uçqunu baş verib.

“Qafqazinfo”nun məlumatına görə, təbii fəlakət nəticəsində 21 nəfər ölüb, 10 nəfər yaralanıb.  Daha 7 nəfər isə uçqun altında qalıb. Onların xilas edilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, qar uçqunu nəticəsində 50 ev dağılıb, onlarla heyvan tələf olub.

Xəbərlər