531
Dünya 28 yanvar — 20:57

Türkiyədə növbəti güclü zəlzələ

Türkiyənin Akdeniz bölgəsində Muğla şəhərinin Marmaris sahillərinə yaxın ərazidə 5,4 bal gücündə zəlzələ baş verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Məlumata əsasən, yerli vaxtla saat 18:38-də qeydə alınan yeraltı təkanlar Muğlanın mərkəzi hissələrində və Yunanıstan ərazisində hiss edilib.

Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.

Xəbərlər