430
Dünya 28 yanvar — 17:54

Rusiyada kişi keçmiş arvadını iş yerində yandırdı

Sosial şəbəkələrdə Rusiyada baş verən dəhşətli hadisənin görüntüləri yayılıb.

Bu barədə Vesti.ru xəbər yayıb.

Kadrlarda görünür ki, kişi satıcı ilə qısa danışıqdan sonra onun üstünə yanacaq tökür, sonra isə kiçik otağa salaraq yandırır. Qadının yana-yana çıxdığı görünür. Məlumata görə, onlar əvvəllər evli olublar.

Qadın 35 faiz yanıq xəsarəti alıb. O, hazırda ağır vəziyyətdə reanimasiyadadır.

Xəbərlər