481
Dünya 28 yanvar — 16:16

Türkiyədə daha bir güclü zəlzələ

Türkiyənin Manisa şəhərində 5.1 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyənin Qəndilli Rəsədxanası məlumat yayıb.

Yerli saatla 14:26-da, episentri Qırxağacda qeydə alınan zəlzələnin İstanbul, İzmir, Bursa və digər şəhərlərdə də hiss edildiyi bildirilib.

Qeyd edək ki, 25 yanvarda Türkiyənin Elazığ və Malatya şəhərlərində baş verən 6.8 ballıq zəlzələ nəticəsində 40 nəfər həlak olub, 1500-ə qədər adam xəsarət alıb.

Xəbərlər