193
Dünya 28 yanvar — 15:47

Ermənistanda Konstitusiya Məhkəməsi hakiminin oğlu oğurlandı

Ermənistan Konstitusiya Məhkəməsinin hakimi Qrant Nazaryan səkkiz yaşlı oğlunun qaçırıldığını bildirib.

Ermənistanın shamshyan.com saytı məlumat verir ki, 61 yaşlı Q.Nazaryan ötən gün polis idarəsinə müraciət edərək bildirib ki, səkkiz yaşlı oğlunu keçmiş həyat yoldaşı Lori Anneye verib. Qadın isə uşağı naməlum istiqamətdə aparıb.

Hakim hesab edir ki, keçmiş həyat yoldaşı uşağı oğurlayıb.

Hüqüq-mühafizə orqanlarının əməkdaşları faktla əlaqədar istintaq aparmaq üçün sənədləri toplamağa başlayıblar.

Xəbərlər