215
Dünya 28 yanvar — 15:12

Rusiya Çindən turist qəbulunu dayandırdı

Rusiyanın turizm operatorları Çindən turist qruplarının qəbulunu dayandırıblar.

Virtualaz.org bildirir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, Rusiya Turizm Sənayesi İttifaqı bu addımı Çində yayılan koronavirusa görə atıb.

Yanvarın 27-də Rusiyaya Çindən sonuncu dəfə turist qrupları gəlib. Onlar proqramda nəzərdə tutulmuş vaxtadək ölkədə olacaqlar.

Qeyd edək ki, ötən ilin yanvar-may aylarında Çindən Rusiyaya 130 min turist gəlmişdi. Bu il qadağaya görə turistlərin sayının 70-80 faiz azalacağı gözlənilir.

Xəbərlər