358
Dünya 28 yanvar — 00:10

Türkiyədə də koronavirus şübhəsi

Türkiyənin Aksaray şəhərində 9-u çinli, 3-ü türk olmaqla 12 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Virtualaz.org yerli KİV-lərə istinadən bildirir ki, xəstələrdə baş gicəllənməsi, bulantı və qusma əlamətləri aşkarlanıb.

Bildirilir ki, 9 Çin vətəndaşının təxminən 5 gün əvvəl Türkiyəyə gəldikləri məlum olub.

Səhiyyə Nazirliyi 12 xəstəni nəzarətdə saxladığını açıqlayıb. Xəstəxana işçilərinə qoruyucu maskalar paylanıb. Hazırda analizlər aparılır.

Xəbərlər