564
Dünya 27 yanvar — 18:08

İranda da güclü zəlzələ oldu

İranın cənubunda yerləşən Fars vilayətinin Xane Zenyan məntəqəsində 5,4 bal gücündə zəlzələ baş verib.

Trend bildirir ki, məlumatı Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi yayıb.

Zəlzələ yerli vaxtla saat 16:58 dəqiqədə 7 km dərinlikdə qeyd alınıb.

İranın Təcili Yardım Təşkilatı hadisə yerinə iki araşdırma qrupunun ezam olunduğunu bildirib.

Xəbərlər