1430
Dünya 27 yanvar — 22:02

Əfqanıstanda qəzaya uğrayan təyyarə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus olub

22.02

Bu gün yanvarın 27-də günorta saatlarında Əfqanıstanın Qəzni vilayətində qəzaya uğrayan təyyarənin ABŞ Hərbi Hava Qüvvələrinə məxsus olduğu təsdiqlənib. Virtualaz.org xəbər verir ki, bu barədə anonim amerikalı mənbə “Reuters”ə bildirib.

Mənbə əlavə edib ki, təyyarənin “düşmən hərəkəti nəticəsində” düşdüyü barədə fakt aşkar edilməyib. Məmur təyyarədə 10-dan az adam olduğunu bildirib, lakin Pentaqon itkilər barədə informasiya verməkdən imtina edib.

Bundan əvvəl “Taliban” hərəkatı Amerika təyyarəsinin vurulmasına görə məsuliyyəti üzərinə götürmüşdü. Hadisə yerindən çəkilmiş fotolara əsasən söhbət USAF E-11 BACN təyyarəsindən gedir. Bu təyyarə dağlıq ərazilərdə hava rabitə qovşağı kimi istifadə edilir. Təyyarə “Taliban”ın nəzarətində olan ərazilərə düşüb və NATO hərbçiləri hadisə yerinə çata bilməyiblər.

Qəzni vilayətinin quberantoru Vahidulla Kalimzayın bildirdiyinə görə, yerli sakinlər qəzaya uğrayan təyyarədən pilotu çıxarıblar. Həmin pilot xarici vətəndaş olub.

Xatırladaq ki, əvvəlcə Əfqanıstanda sərnişin təyyarəsinin qəzaya uğradığı bildirlirdi. Lakin daha sonra bu məlumat təsdiqini tapmayıb.

 

***

Əfqanıstanın şərqində sərnişin təyyarəsi qəzaya uğrayıb.

Virtualaz.org xarici mənbələrə istinadən xəbər verir ki, təyyarənin Qəzni əyalətinin dağlıq bölgəsinə düşüb, həmin ərazilər “Taliban”ın nəzarətindədir. Yerli hakimiyyət artıq Kabildən kömək istəyib, hadisə yerinə xüsusi bölmələr göndərilir. Təyyarə “Ariana Afghan Airlines” şirkətinə məxsusdur, göyərtəsində 83 nəfər olub. Tələfat barədə hələlik məlumat verilmir, digər detallar da məlum deyil.

Virtualaz.org

Xəbərlər