505
Dünya 27 yanvar — 11:28

İranda daha bir sərnişin təyyarəsi qəzaya uğradı

İranın Xuzistan vilayətinin Mahşəhr aeroportunda ölkənin "Caspian" hava yolları şirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.

Bu barədə IRIB məlumat verib.

Tehran-Mahşəhr təyyarəsi eniş zamanı zolaqdan çıxıb və şəhərin Sərbəndər magistral yoluna daxil olub.

Hadisə saat 7:30-da baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində ölən olmayıb.

Qeyd edək ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı 11 yanvar səhər bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.

Xəbərlər