665
Dünya 27 yanvar — 01:44

ABŞ-ın Bağdaddakı səfirliyi raketlə vuruldu

ABŞ-ın İraqın paytaxtı Bağdaddakı səfirliyinin ərazisinə üç raket mərmisi düşüb.

Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, raketlərdən biri diplomatik missiyanın restoranına dəyib.

Xatırladaq ki, bir neçə saat əvvəl dünyanın aparıcı KİV-ləri hökumət idarələri və səfirliklərin yerləşdiyi "Yaşıl zona" yaxınlığında üç raketin düşdüyünü bildirmişdilər.

 

**23:00 (26.01.2020)

İraqın paytaxtı Bağdadın “Yaşıl zona”sına 4 raket atılıb.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, ABŞ səfirliyinin və bir sıra hökumət qurumlarının yerləşdiyi əraziyə edilən raket hücumu zamanı xəsarət alan olmayıb.

Raketin kimlər tərəfindən atıldığı bəlli deyil.

Xəbərlər