529
Dünya 27 yanvar — 00:32

İranda az qala daha bir təyyarə faciəsi yaşanacaqdı

Uçuş zamanı mühərrikində problem yaranan təyyarə İranda təcili eniş etməli olub.

Virtualaz.org bildirir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Daha əvvəl Qorqandan Tehrana uçan laynerin mühərriklərindən birində yanğın başlaması səbəbindən məcburi eniş etdiyi bildirilmişdi.  

Amma agentlik sonradan dəqiqləşdirib ki, pilotlar mühərrikdə kənar səs eşidiblər və məhz bu səbəbdən uçuşu ləğv etmək qərarına gəliblər.

Pilotlar təyyarəni uğurla endirə biliblər. Təcili eniş zamanı 85 sərnişindən və ekipaj üzvlərindən xəsarət alan olmayıb. Hazırda təyyarənin texniki vəziyyəti ilə bağlı araşdırma aparılır.

YJC agentliyi milli mülki aviasiya təşkilatının nümayəndəsi Rza Cəfərzadəyə istinadən bildirib ki, təyyarə İranın Qeshm Air aviaşirkətinə məxsusdur.

Xəbərlər