184
Dünya 26 yanvar — 23:46

Suriyada maşın partladıldı: 8 ölü, 20 yaralı

Suriyada, Hələb əyalətinin şimalındakı Aazaz şəhərində minalanmış avtomobil partladılıb.

RİA Novosti-nin məlumatına görə, partlayış nəticəsində 8 nəfər ölüb, 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtomobil restoran və yanacaqdoldurma mərkəzinin qarşısında partladılıb.

Hadisəni hansı qruplaşmanın törətdiyi hələlik bəlli deyil.

Xəbərlər