273
Dünya 26 yanvar — 19:11

Türkiyədə zəlzələ qurbanlarının sayı 38 nəfərə çatdı

Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı 38 nəfərə çatıb.

Bu barədə NTV telekanalı məlumat yayıb.

Qeyd olunub ki, zəlzələ nəticəsində 72 bina dağılıb, 514 binaya isə ciddi ziyan dəyib.

Bildirilib ki, xilasedicilər dağıntılar altından 45 nəfəri xilas ediblər. Təbii hadisə zamanı həmçinin 1607 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

*   *  *18:18

Türkiyənin Elazığ vilayətində baş vermiş güclü zəlzələdə ölənlərin sayı yenidən artıb.

Virtualaz.org Türkiyənin Fəlakət və Fövqəladə Vəziyyətin İdarəedilməsi Orqanına (AFAD) istinadən bildirir ki, indiyədək təbii fəlakət nəticəsində 1607 nəfər xəsarət alıb, 36 nəfər həlak olub.

AFAD-ın yaydığı məlumatda o da bildirilir ki, yanvarın 24-də qeydə alınan zəlzələ zamanı 72 bina dağılıb.

*   *   *14:25

Hazırda əldə olan məlumatlara görə, zəlzələ nəticəsində ölənlərin sayı 35-ə çatıb.

Virtualaz.org-un məlumatına görə, bunu Türkiyə Prezidentinin köməkçisi Fuad Oqtay mətbuata açıqlamasında deyib.

“Həlak olanların sayı 35-dir, 45 nəfər isə dağıntılar altından xilas edilib”, - deyə F.Oqtay vurğulayıb.

Xəbərlər