246
Dünya 26 yanvar — 00:34

Fransada zoopark yandı

Fransanın Sarta departamentində zooparkda yanğın baş verib.

“France Bleu” radiostansiyası xəbər verir ki, hadisə nəticəsində 60-a yaxın yarasa və bir neçə sürünənlər ölüb.

Yanğın qısa zaman ərzində lokallaşdırılıb, lakin bina tamamilə yararsız vəziyyətə düşüb.

Zoopark əməkdaşları xəsarət almayıb.

Xəbərlər