336
Dünya 25 yanvar — 18:50

Çində həkim koronavirusdan öldü

Çində ilk dəfə xəstəxanalardan birində çalışan həkim koronavirusdan dünyasını dəyişib.

“RİA Novosti” xəbər verir ki, 62 yaşlı həkim Lyan Udun Uxanda “Sinxua” xəstəxanasında otolarinqoloq kimi çalışıb.

Onda koronavirus infeksiyasının simptomları 16 yanvarda ortaya çıxıb. O, yanvarın 25-də vəfat edib.

Çində sətəlcəmin ağır forması olan koronavirusa 876 nəfər yoluxub, 41 nəfər ölüb. Virusa yoluxma halı Yaponiya, Cənubi Koreya, Tayland, ABŞ-da da qeydə alınıb.

Xəbərlər