333
Dünya 25 yanvar — 16:16

Qarabağda iki erməni əsgər intihara cəhd etdi

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Ermənistan əsgərlərinin iştirakı ilə növbəti insident baş verib.

Virtualaz.org erməni KİV-lərinə istinadən bildirir ki, yanvarın 24-də səhər saatlarında hələlik müəyyən olunmayan şəraitdə iki sıravi əsgər güllə yarası alıb.

Məsələyə aydınlıq gətirən Ermənistanın müdafiə naziri David Tonoyan əsgərlərdən birinin - 2001-ci il təvəllüdlü Henri-Hayk Zakaryanın öz-özünü vurduğunu, başqa sözlə, intihara cəhd etdiyini vurğulayıb. O əlavə edib ki, Zakaryan başından, 2000-ci il təvəllüdlü Armen Mesropyan isə sağ əlindən güllə yarası: “Zakaryanın durumu ağırdır. O, Yerevana göndəriləcək”.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbərlər