377
Dünya 25 yanvar — 11:37

Təyyarə təcili eniş etdi

“Latam Airlines” aviaşirkətinin Lima-Hulyaka reysini həyata keçirən təyyarəsi göyərtəsində bomba olması xəbərdarlığından sonra Perunun Pisko şəhərinin hava limanında təcili eniş edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Nəqliyyat və Rabitə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, təcili eniş etmək barədə qərarı hava gəmisinin kapitanı təlimata müvafiq olaraq verib. Təyyarənin uğurla eniş edib və göyərtəsindəki 118 sərnişin hava limanının binasına aparılıb.

Mütəxəssislər hazırda təyyarədə partlayıcı qurğunu axtardıqları üçün Pisko aeroportu müvəqqəti bağlanıb.

Xəbərlər