315
Dünya 25 yanvar — 10:18

İstanbulda 6 gəmidə yanğın

İstanbulda 6 gəmidə güclü yanğın baş verib.

Virtualaz.org yerli KİV-lərə istinadən bildirir ki, hadisə Kartal rayonunun Draqos sahilində qeydə alınıb.

Bildirilir ki, yanğın gəmilərdən birində başlayıb, sonra yanındakı digər gəmilərə keçib.

Yanğını söndürməyə çalışan bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Araşdırma aparılır.

Xəbərlər