372
Dünya 22 yanvar — 20:27

Mişel Platini yeni vəzifəyə təyin edildi

UEFA-nın sabiq prezidenti Mişel Platininin yeni iş yeri müəyyənləşib.

65 yaşlı funksioner Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyasının (FIFPro) prezidentinin müşaviri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Mişel Platini 2007 - 2015-ci illərdə UEFA-ya rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası onu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb. Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Lakin 2016-cı ilin mayında cəza 4 ilə enib. Onun cəzası 2019-cu ilin oktyabrında başa çatıb.

Xəbərlər