300
Dünya 22 yanvar — 14:51

Yunanıstanda qadın prezident seçildi

Yunanıstan Ali Məhkəməsinin sədri Yekaterina Sakellaropulu ölkə prezidenti seçilib.

Virtualaz.org rus KİV-nə istinadən bildirir ki, bu gün səhər saatlarında səsvermə prosesi keçirilib. 300 deputatdan 200-ü onun lehinə səs verib. Bununla da tarixdə ilk dəfə yunan dövlətinə qadın rəhbərlik edəcək.

Konstitusiyaya görə, Yunanıstan prezidenti baş nazirin təklifi ilə parlament tərəfindən 5 illik müddətə seçilir. Fraksiyalar da öz namizədlərini təklif edə bilərlər. Qaydalarda prezidentliyə namizədin müzakirəsi nəzərdə tutulmur.

İndiki Prezident Prokopis Pavlopoulosun səlahiyyət müddəti martın 13-də başa çatır. Yunanıstan Prezidentinin səlahiyyətləri əsasən nümayəndəlik funksiyaları ilə məhdudlaşır. Əsas güc baş nazirə məxsusdur.

Xəbərlər