338
Dünya 22 yanvar — 13:32

İqor Krasnov Rusiyanın yeni Baş prokuroru oldu

Rusiya Federasiya Şurasının bu gün keçirilən iclasında İqor Krasnov Baş prokuror vəzifəsinə təsdiqlənib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Krasnovun namizədliyi Rusiya Prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb. O, bu təyinatına qədər Rusiya İstintaq Komitəsinin sədr müavini olub.

İ.Krasnov bu vəzifədə Yuri Çaykanı əvəz edəcək. Çaykaya isə Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsi vəzifəsi təklif olunub.

Xəbərlər