506
Dünya 22 yanvar — 14:21

İranda qətl: “Bəsic” komandiri öldürüldü

İran “Bəsic” qüvvələrinin Şadeqan rayonunun komandir Əbdülhüseyn Modcdami qətlə yetirilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məlumatı Gənc Jurnalistlər Klubu yayıb. Onun Xuzistan vilayətində öldürüldüyü bildirilib.

Komandirin öz evi qarşısında naməlum şəxslər tərəfindən qətlə yetirildiyi vurğulanıb.

İran hakim dairələri insidentdən bir neçə saat sonra qətli törədən şəxsləri ələ keçirdiklərini açıqlayıblar.

Qeyd edək ki, “Bəsic” qüvvələri SEPAH-ın tərkibində yer alan könüllülərdən ibarət yarımhərbi təşkilatdır.

 

Xəbərlər