427
Dünya 21 yanvar — 21:37

Erməni generalın Fransaya müalicəyə getməsinə icazə verilmədi

Yerevan məhkəməsi həbsdə olan erməni general, sabiq deputat Manvel Qriqoryanın müalicə üçün Fransaya getməsinə icazə verməyib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu gün Qriqoryanın vəkilləri məhkəməyə ərizə ilə müraciət edərək, onun xaricdə müalicə almasına razılıq verilməsini istəyiblər. Ərizədə vurğulanıb ki, yaxınları Qriqoryanı Fransaya, əvvəl müalicə aldığı klinikaya aparmaq istəyirlər.

Prokuror Vahe Dolmazyan buna qarşı çıxıb.

Hakim Mnatsakan Martirosyan isə müdafiə tərəfinin xarici klinikada müalicə almağa ehtiyac olduğunu sübut edən sənəd hazırlamadığını söyləyərək tələbi rədd edib.

Qriqoryan özü prosesdə iştirak etməyib. O, “Nairi” tibb mərkəzinin reanimasiya şöbəsində qalmaqda davam edir.

Xatırladaq ki, Qriqoryan 1,5 ildir istintaq altındadır. Bu müddət ərzində yalnız 20 günlük azadlığa buraxılıb. Keçmiş deputatın vəkilləri dəfələrlə girov müqabilində sərbəst buraxılması üçün vəsatət qaldırıblar, lakin məhkəmə həmin vəsatətləri qəbul etməyib.

Qriqoryanın onkoloji və şəkər xəstəliyi daxil olmaqla, bir çox problemlərdən əziyyət çəkdiyi bildirilir.

Xəbərlər