341
Dünya 21 yanvar — 20:16

İranda Putin haqda yazılan “Rus əfsanəsi” kitabının təqdimatı oldu

İranda Rusiya Prezidenti Vladimir Putin haqqında fars dilində “Rus əfsanəsi” kitabı çapdan çıxıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, İRNA xəbər agentliyinin binasında keçirilən təqdimat mərasimində kitabın müəllifi Əli Məhdumi çıxış edib.

O bildirib ki, kitabda Rusiya Prezidentinin psixoloji portreti yaradılıb. Yeni nəşrdə V. Putinin həyata keçirdiyi siyasi və iqtisadi islahatlardan, eləcə də Rusiyanın inkişafından bəhs olunub.

Təqdimat mərasimində Rusiyanın İrandakı səfirliyinin əməkdaşları, İranının tanınmış qələm adamları və jurnalistlər iştirak ediblər.

Xəbərlər