424
Dünya 21 yanvar — 14:30

Ermənistan parlamentində dava düşdü

Bu gün Ermənistan parlamentində iclas zamanı dava düşüb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, “qanuni oğru” mövzusu parlamentdə “münasibətlərin aydınlaşdırılması” üçün bəhanə olub.

Müstəqil millət vəkili Arman Babacanyan kürsüdən çıxış edərək “Çiçəklənən Ermənistan” fraksiyasının üzvlərini həmkarı Qevork Petrosyanın davranışına görə üzr istəməyə çağırıb.

https://www.youtube.com/watch?time_continue=12&v=uWtEgDi3kkQ&feature=emb_logo

Petrosyan daha əvvəl ədliyyə naziri Rüstəm Badasyana təkcə “qanuni oğru”larla deyil, “üç hərflə təsvir edilə bilən insanlarla”da mübarizə aparmağı tövsiyə edib. Petrosyan bununla erməni dilində ləyaqətsiz bir sözə işarə edib.

Çıxışını bitirən Babacanyana “Çiçəklənən Ermənistan”ın bir neçə deputatı yaxınlaşıb və onlar mübahisə etməyə başlayıblar.

Spiker Ararat Mirzoyan “Çiçəklənən Ermənistan”dan olan dörd deputatı - Canibek Ayrapetyan, Artur Dallakyan, Araik Aqababyan və Qevorq Petrosyanı iclasdan kənarlaşdırıb.

Xəbərlər