276
Dünya 21 yanvar — 10:16

Rusiyada yaşayış binasında dəhşətli yanğın

Rusiyanın Tomsk vilayətində yaşayış binasında baş verən güclü yanğın nəticəsində onv bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Tomsk vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

Qəza Asinovsk rayonunun Priçulımski kəndində baş verib. Yanğın birmərtəbəli taxta binada qeydə alınıb.

İki nəfər binadan sağ çıxa bilib. Yanğın 208 kvadratmetr sahəni əhatə edib.

Xilasedicilər hazırda tikililəri sökürlər.

Xəbərlər