338
Dünya 21 yanvar — 00:47

Sarkisyanın cinayət işi ilə bağlı

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın mənimsəmə ilə bağlı cinayət işinin istintaq prosesi başa çatıb.

Virtualaz.org “Sputnik Ermənistan”na istinadən bildirir ki, cinayət işi ilə bağlı materiallar prokurorluğa təhvil verilib.

Cinayət işində sabiq prezidentlə yanaşı, keçmiş Kənd Təsərrüfatı naziri Serqo Karapetyan, onun müavini Samvel Qalstyan və “Flesh” MMC-nin sahibi Barseq Beqlaryan eyni maddə ilə ittiham olunurlar.

Onlar dörd ildən beş ilə qədər əmlakları müsadirə edilərək azadlıqdan məhrum edilə bilər.

İddiaya görə, S.Sarkisyan bir milyon dollardan çox vəsait mənimsəyərək dövlətə ziyan vurub.

Xəbərlər