Türkiyənin “Anadolu” Agentliyinin yanvarın 14-də Misirdə həbs olunan əməkdaşları azadlığa buraxılıblar.
Virtualaz.org bildirir ki, bu barədə Agentliyin baş direktoru Şenol Kazancı məlumat verib.
Məlumatda bildirilir ki, agentliyin Qahirədə həbs edilən dörd əməkdaşı sərbəst buraxılıb.
Xatırladaq ki, yanvarın 14-də axşam saatlarında Misir polisi “Anadolu” Agentliyinin Qahirədəki ofisində axtarış aparmış və agentliyin dörd əməkdaşını həbs etmişdi.