310
Dünya 19 yanvar — 16:00

İranın vurduğu təyyarədə həlak olanların meyitləri Ukraynaya gətirildi

İranın vurduğu təyyarədə həlak olanların meyitləri Ukraynaya gətirilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, meyitlərin olduğu təyyarə bu gün Kiyevin “Borispol” aeroportuna enib. Təyyarədə 11 nəfərin meyiti gətirilib. Onlardan 9-u ekipaj üzvü, 2-si isə sərnişin olub.

Qarşılanma mərasimində Ukrayna Prezidenti Vladimir Zelenski, Baş Nazir Aleksey Qonçaruk və Ali Radanın spikeri Dmitriy Razumkov iştirak ediblər.

“Borispol” aeroportunda həlak olanların xatirəsinə həsr edilmiş mərasim keçirilib.

Xəbərlər