267
Dünya 17 yanvar — 16:16

Xamenei: Böyük Britaniya, Almaniya və Fransa ABŞ-ın “oyuncaqları”dır

Böyük Britaniya, Almaniya və Fransa ABŞ-ın “oyuncaqları”dır və etimada layiq deyillər.

Trend-in məlumatına görə, bunu son səkkiz ildə ilk dəfə cümə namazına rəhbərlik edən İranın ali lideri Əli Xamenei deyib.

Ali lider vurğulayıb ki, bu ölkələr heç nə etmir: “Onlar yalnız ABŞ-ın maraqlarına xidmət edəcəklər. Onlar “oyuncaq”dır”.

Ə.Xamenei bildirib ki, avropalılar İran xalqına güc gələ bilməyəcək.

Virtualaz.org xatırladır ki, dünən İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif də analoji açıqlama ilə çıxış etmiş və bildirmişdi ki, “Britaniya, Fransa və Almaniya İran nüvə razılaşmasını ABŞ Prezidenti Donald Trampın Avropa avtomobillərinə rüsum tətbiq etməyəcəyinə dair vədləri qarşılığında satıb”.

Ondan əvvəl isə “The Washington Post” qəzeti mənbələrinə istinadən D.Trampın, İranı nüvə sazişi üzrə Hərtərəfli Birgə Fəaliyyət Planını pozmaqda ittiham etməyəcəyi təqdirdə Paris, London və Berlini Avropa avtomobillərinə 25% rüsum tətbiq edəcəkləri ilə təhdid etdiyini yazmışdı.

Xəbərlər