173
Dünya 15 yanvar — 01:44

Yəməndə məscidə silahlı hücum oldu

Yəmənin Abyan əyalətinin Lurd rayonunda yerləşən məscidlərindən birində silahlı insident baş verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məscidə daxil olan naməlum şəxs insanlara atəş açıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Ölənlər arasında məscidin imamının da olduğu bildirilir.

İnsidentin hansı səbəbdən baş verdiyi məlum deyil.

Xəbərlər