293
Dünya 14 yanvar — 20:12

Hindistan-Pakistan sərhədində qar uçqunu

Hindistan-Pakistan sərhədində baş vermiş qar uçqunları nəticəsində azı 67 nəfər həlak olub.

Hadisə iki ölkə arasında mübahisəli ərazi hesab olunan Kəşmir bölgəsində baş verib. Belə ki, 24 saat ərzində bir neçə uçqun baş verib. Pakistan ərazisində 57 nəfər həlak olub.

Hindistanda 10 nəfər, o cümlədən 5 hərbçi uçqunun qurbanı olub.

Xəbərlər