140
Dünya 14 yanvar — 18:38

Atambayevin həbs müddəti uzadıldı

Məhkəmə Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevin həbs müddətinin uzadılmasına dair qərar verib.

Virtualaz.org bildirir ki, bunu “RİA Novosti” agentliyinə onun vəkili Zamir Jooşev deyib.

Müdafiə tərəfinin yaydığı xəbərə əsasən, məhkəmə A.Atambayevin həbs müddətini daha iki aya qədər uzadıb. Həmçinin, iş üzrə növbəti məhkəmə iclasının yanvarın 16-da keçiriləcəyini bildirilib.

Xatırladaq ki, Qırğızıstan Respublikasının sabiq Prezidenti Almazbek Atambayev məhkəmə qərarı ilə 2019-cu ilin avqustunda həbs olunub.

Xəbərlər