209
Dünya 14 yanvar — 11:13

Türkiyədə növbəti FETÖ əməliyyatı

Türkiyədə İzmir prokurorluğu FETÖ ilə əlaqədə olmaqda şübhəli bilinən 176 zabitin saxlanılması haqda order verib.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat Türkiyənin 49 vilayətində həyata keçiriləcək. Şübhəlilər arasında 108 leytenant və baş leytenant, eləcə də 6 nəfər F-16 pilotu var. Artıq 115 nəfər saxlanılıb.

Xəbərlər